Press "Enter" to skip to content

Əlilliyi olan 100-ə yaxın gənc yeni peşələrə yiyələnir

Əlilliyi olan 100-ə yaxın gənc yeni peşələrə yiyələnir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində hazırda əlilliyi olan 100-ə yaxın gənc müxtəlif peşələr üzrə hazırlıq kurslarında bilik və bacarıqlara yiyələnir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “əlilliyi olan 41 gənc isə Mərkəzdə sosial reabilitasiya xidmətlərinə, müxtəlif təlimlərə, boccia və digər idman növləri üzrə məşqlərə cəlb edilib. Mərkəzdə bu il əlilliyi olan 450-dək, son 5 ildə isə 2 min 600-dən çox gənc qəbul edilib. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar”.

Mission News Theme by Compete Themes.