BAYRAQDAR MEDİA – Azərbaycanla Birləşmiş Ərəb Əmurlikəri arasındakı əlaqələrin davamlı inkişafı hava nəqliyyatı və turizm sahəsinə də müsbıət təsir göstərir.
Bu barədə dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – müstəqilliyin 54-cü ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda bildirilib.
Qeyd edilib ki, iki ölkə arasında hava nəqliyyatı sahəsində mühüm uğurlar əldə edilib. Belə ki, BƏƏ-nin milli aviadaşıyıcıları üçün həftəlik birbaşa uçuşların ümumi sayı təxminən 28 reysə, Azərbaycan aviaşirkətləri üçün isə həftədə 14 reysə çatıb.
Turizm sahəsində əlaqələrə gəlincə, 2024-cü ilin statistikasına əsasən, BƏƏ-dən gələn turistlərin sayı 48 min 888 nəfər, Azərbaycan turistlərinin sayı isə 115 min 189 nəfər olub. Bu rəqəmlər iki ölkə arasında artan iqtisadi əlaqələrin müsbət göstəricisidir.





