BAYRAQDAR MEDİA – Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Lökbatan” dairəsi istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür”.





