BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Əlilliyi Olan Tələbələr Birimi tərəfindən 3 Dekabr Dünya Əlillər Günü çərçivəsində xüsusi qayğıya ehtiyacı olan tələbələr üçün təşkil edilən axşam tədbiri universitetin Mərkəzi Yeməkxanasında keçirilib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, tədbirdə Anadolu Universitetinin rektoru Prof.Dr. Yusuf Adıgüzel, prorektorlar, Əlilliyi Olan Tələbələr Birimi müdiri Dos.Dr. Güzin Karasu Sivas və digər qonaqlar iştirak ediblər.
Çıxışında xüsusi qayğıya ehtiyacı olan tələbələrin təhsil mühitində özlərini güvənli və dəyərli hiss etmələrinin əhəmiyyətini vurğulayan rektor Prof.Ddr. Yusuf Adıgüzel deyib: “Anadolu Universiteti üçün bütün tələbələrimiz özəldir. Sizlər də bizim üçün digər tələbələrimiz qədər, hətta onlardan daha dəyərli dostlarımızsınız. Hər hansı bir məsələ ilə bağlı çətinlik yaşasanız, bunu həll etmək üçün əlimizdən gələni etməyə hazırıq. Həm rəhbərlərimiz, həm də Əlilliyi Olan Tələbələr Birimimiz sizin problemlərinizi çözmək üçün daim çalışır”.
Bütün tələbələrin bərabər və ədalətli şəraitdə təhsil alma hüququna malik olduğunu bildirən rektor universitetin bu anlayışı və dəstək mühitini gələcəkdə də davam etdirəcəyini vurğulayıb.





