Press "Enter" to skip to content

Səyyar ASAN xidmətin regionlarda fəaliyyəti davam edir

BAYRAQDAR MEDİA – Səyyar ASAN xidmətin regionlarda fəaliyyəti davam edir. 1- 19 dekabr tarixində Neftçalada, Şəmkirdə, Biləsuvarda, Tərtərdə, Ağsuda, Oğuzda, Xudatda və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.

Məlumata görə, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir: “Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır. Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 – 14:00 arası isə nahar fasiləsidir”.

Qeyd edilib ki, Ağsu və Neftçala rayonlarında fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobuslarında isə iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub: “Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər”.

Mission News Theme by Compete Themes.