Press "Enter" to skip to content

Tələbələr mənalı gün yaşayıblar

Səfər tələbələr üçün yadda qalan anlarla əlamətdar olub

BAYRAQDAR MEDİA – Qafqaz Universitetinin tələbələri at fermaısnda olub.

Məlumata görə, Kars Gənclik və İdman İdarəsinə bağlı Nuri Paşa Yurdu tələbələri Selim At Fermasına təşkil olunan səfər çərçivəsində həm təbiətlə iç-içə olub, həm də xoş və mənalı bir gün yaşayıblar.

Məlumatda deyilir ki, müxtəlif fəaliyyətlərlə zənginləşdirilən səfər tələbələrin sosial inkişafına töhfə verməklə yanaşı, yadda qalan anlarla da əlamətdar olub: “Təbiətin sakitlik bəxş edən mühitində atları yaxından tanıyan tələbələr çiftlik həyatı barədə məlumat əldə ediblər. Atların baxım prosesləri və yaşayış şəraiti ilə bağlı verilən izahatlar gənclərin böyük marağına səbəb olub. Tədbir boyunca tələbələr həm əylənib, həm də yeni təcrübələr qazanıblar”.

Mission News Theme by Compete Themes.