Press "Enter" to skip to content

TURAN-ın Turan oğlu anılıb

Tədbirdən xatirə fotosu

“Türk Dünyası Turan Yazgan Ödülü” bu dəfə Prof. Dr. Gülçin Çandarlıoğluna təqdim edilib

BAYRAQDAR MEDİA – “Türk dünyasının böyük fikir və dava adamı, son yüz illiyin böyük türkçüsü Prof. Dr. Turan Yazganın vəfatının on üçüncü ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbir noyabrın 29-da, İstanbul Universiteti Elm Fakültəsi Prof. D. Cemil Bilsel Konfrans Salonunda reallaşıb”.

TBBM üzvü, Prof.Dr. İlyas Topsakal
TBBM üzvü, Prof.Dr. İlyas Topsakal

Bu barədə Türk Dünyası Araşdırmaları Vəqfinin məlumatında qeyd edilib. Bildirilib ki, ənənəyə sadiq qalınaraq bu dəfə də anım tədbiri çərçivəsində “Türk Dünyası Turan Yazgan Ödülü” də təqdim edilib.

Məlumata görə, Aybala Polatın aparıcılıq etdiyi və yüzlərlə dəyərli qonağın iştirak etdiyi proqram Sükut Dəqiqəsi, İstiqlal Marşının oxunması və Grup Mesai-nin türk dünyasına aid musiqilər səsləndirdiyi konsertlə başlayıb.

Tədbir zamanı
Tədbir zamanı

Daha sonra Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) başqanı Közhan Yazgan və İstanbul Universiteti İqtisad Fakültəsi dekan müavini Dos.Dr. Muhammet Enes Kayagilin açılış nitqləri olub. Bunun ardınca isə Quzey Makedoniya TMBH başqanı Erdoğan Saraç, Suriya türkmən millət vəkili Tarık Sülo Cevizci və MHP-nin Türk Dünyası və Beynəlxalq Əlaqələr üzrə başqan müavini, Türkiyə Böyük Millət Məclisinin Samsun millət vəkili Prof.Dr. İlyas Topsakalın protokol çıxışları təqdim olunub. Çıxışlarda TURAN-ın tanınmış oğlu,Turan Yazganın türk dünyasına dair fikir, baxış və fəaliyyətləri xüsusi vurğulanıb.

Arxa fonda Turan Yazganın Bakı Atatürk Liseyi müəllimləri və şagirdləri il birlikdə xatirə fotosu
Arxa fonda Turan Yazganın Bakı Atatürk Liseyi müəllimləri və şagirdləri il birlikdə xatirə fotosu

Məlumata görə, proqramın davamında ümumitürk tarixinin dəyərli alimi Prof.Dr. Ahmet Taşağıl “Ergenekondan dünyaya türklər” mövzusu altında türk tarixi baxımından maraqlı izah və qiymətləndirmələr edib: “Məruzədən sonra türk musiqisinin sevilən sənətçisi Zafer İşleyen milli duyğuları ifadə edən coşqulu bir konsert proqramı təqdim edib”.

Tədbirdə iştirak edən gənclərə Təşəkkürnamə təqdim edilərkən
Tədbirdə iştirak edən gənclərə Təşəkkürnamə təqdim edilərkən

Məlumatda deyilir ki, gecənin yaddaqalan məqamlarından biri isə ödülün təqdimat mərasimi olub: “Vali müavini Mehmet Sülün, Samsun millət vəkili Prof.Dr. İlyas Topsakal və TDAV başqanı Kozhan Yazgan tərəfindən türk tarixçiliyinin ustad müəllimi, Prof.Dr. Gülçin Çandarlıoğluna “Türk Dünyası Turan Yazgan Ödülü”nün diplomu və türklüyün minillik müqəddəs simvolu olan “Bozqurd” heykəli təqdim olunub. Prof.Dr. Gülçin Çandarlıoğlu bu təşəkkür edib”.

Prof.Dr. Gülçin Çandarlıoğluna mükafat tədim edilərkən
Prof.Dr. Gülçin Çandarlıoğluna mükafat tədim edilərkən

O da qeyd edilib ki, Proqram arasında həmçinin Turan hocanın türk dünyasında açdığı və adına açılmış təhsil müəssisələrində oxuyan şagirdlərin, yaxud da həmin məktəblərin məzunu olan tələbələrin ifasında Turan Yazganın müxtəlif fikirlərini əks etdirən qısa sinevizion nümayişləri göstərilib: “Tədbirdə yuxarıda adı çəlilənlərlə yanaşı Quzey Makedoniya Beynəlxalq Vizyon Universitetinin rektoru Prof.Dr. A.Vecdi Can, Dumlupınar Universitetinin rektoru Prof.Dr. Süleyman Kızıltoprak, Zeytinburnu kaymakamı Dr. Adem Uslu, çoxsaylı akademiklər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və bütün könül dostları iştirak edib”.

Mission News Theme by Compete Themes.