BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin Direktorlar Şurasının sədri Abidin Gülmüş ilə görüşüb. Görüşdə ölkəmizdə əczaçılıq sənayesində inkişaf perspektivləri və həyata keçirilən layihələrin əhəmiyyəti müzakirə edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, tərəflər birgə fəaliyyət çərçivəsində həyata keçirilən əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyət və gələcək planlara dair fikir mübadiləsi aparıblar: “Görüşdə gələcək əməkdaşlıq istiqamətləri, istehsal potensialının artırılması, innovativ yanaşmaların tətbiqi və Azərbaycanda əczaçılıq sektorunun daha da inkişaf etdirilməsi ilə bağlı planlar nəzərdən keçirilib”.





