BAYRAQDAR MEDİA – İki uşaq anası Figen Kayhan, diş ətində şişlik, şiddətli ağrı və nəfəsalma çətinliyi şikayətləri ilə Eskişehir Şəhər Xəstəxanasına müraciət edib. Qulaq-Burun-Boğaz mütəxəssisi Prof.Dr. Vural Fidan tərəfindən aparılan müayinələr nəticəsində Kayhanda çox nadir rast gəlinən sinir kılıfı şişi aşkar edilib.
Bu barədə eskisehirhaberajansi.com saytı məlumat yayıb.
Məlumata görə, təxminən 45 dəqiqə davam edən əməliyyatla xəstənin sinir kılıfı təmizlənib: “Uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşan Kayhan, Prof.Dr. Fidan və tibb işçilərinə təşəkkür edib. Qeyd olunub ki, bu xəstəlik dünyada nəfəsalma problemi ilə özünü göstərən ilk hadisəsidir”.





