Press "Enter" to skip to content

Güney Azərbaycanlılardan Stokholmda etiraz aksiyası

Güney Azərbaycanlılardan Stokholmda etiraz aksiyası

BAYRAQDAR MEDİA – Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası (GATƏŞ) “Azərbaycan Milli Hökuməti”nin qurulmasının 80 illiyi münasibətilə 13 dekabr 2025 tarixində İsveçin Stokholm şəhərində tədbir keçirəcəkdir. Bu çərçivədə İranın İsveçdəki səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək və eyni gün GATƏŞ-in platforma sunumu və müzakirə konfransı baş tutacaqdır.

Xəbəri “ArazNews” Telegram kanalı yayıb.

Xəbərdə bildilir ki, “etiraz aksiyasının məqsədi İran rejiminin Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan Türk Milləti və bütün əzilən xalqlara qarşı həyata keçirdiyi siyasi-iqtisadi ayrı-seçkilik, ana dilinə qadağalar, ətraf mühitin məhv edilməsi, siyasi təqiblər və insan haqları pozuntularına diqqət çəkməkdir.

Konfransın məqsədi isə “Azərbaycan Milli Hökuməti”nin 80 illiyini anmaqla yanaşı, Güney Azərbaycanda və ümumilikdə İran ərazisində Türk millətinin qədim dövlətçilik ənənələrinə əsaslanaraq milli tələbləri və mövcud problemləri müzakirə etmək, Azərbaycan təşkilatları arasında əməkdaşlığı gücləndirmək və gələcək fəaliyyətlərin ortaq istiqamətini müəyyənləşdirməkdir”.

Qeyd edilib ki, ““Azadlıq, Ədalət, Milli Hökumət” fəlsəfəsindən ilhamlanaraq keçiriləcək bu toplantıda Azərbaycanın və ümumilikdə Türk millətinin İranda yaşayan bütün məzlum xalqların azadlığı və səadəti yolundakı öncü rolu vurğulanacaq və Şuranın təqdim edəcəyi yol xəritəsi-platforma dünya ictimaiyyətinə təqdim ediləcəkdir. Bu vəsilə ilə bütün azadlıq və ədalət sevərlər tədbirlərə dəvət olunurlar”.

Etiraz aksiyası dekabrın 13-də, saat 10:00-da İranın İsveçdəki səfirliyinin qarşısında baş tutacaq. Ünvan: İran Səfirliyi, Elfviksvägen 76, 181 90 Lidingö (Stockholm)

Konfrans dekabrın 13-də, saat 13:00 – 18:00-da Scandic Star Sollentuna Hotel-də keçiriləcək. Ünvan: Aniaraplatsen 8, 191 21 Sollentuna (Stockholm)

Mission News Theme by Compete Themes.