Press "Enter" to skip to content

Naxçıvanda fermerlərə 610 min manatdan çox heyvandarlıq subsidiyası verilib

Naxçıvanda fermerlərə 610 min manatdan çox heyvandarlıq subsidiyası verilib

BAYRAQDAR MEDİA – Bu ilin ötən dövründə Naxçıvanda 4 min 735 fermerə süni mayalanma yolu ilə əldə olunan buzovlara görə ümumilikdə 610 min 700 manat məbləğində subsidiya verilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “hazırda subsidiya ödənişləri davam edir. Heyvandarlıqda məhsuldarlığın artırılması və genetik potensialın gücləndirilməsi məqsədilə süni mayalanma tədbirləri genişləndirilib. Hesabat dövründə 10 min 220 baş iribuynuzlu heyvanda süni mayalanma aparılıb və nəticədə 6 min 716 baş buzov əldə olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artımdeməkdir. Heyvandarlıq məhsullarının istehsalının artırılması istiqamətində tədbirlər davam etdirilir. Nazirlik tərəfindən damazlıq təsərrüfatlarının yaradılması və heyvanların lizinq yolu ilə fermerlərə verilməsi istiqamətində iş aparılır. Bundan başqa, Süni Mayalanma Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə yeni törədici buğaların alınması üçün kotirovka sorğusu da elan edilib”.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Naxçıvanda kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 328 milyon manatı ötüb. Bunun 138 milyon manatdan artıq hissəsi heyvandarlıq məhsullarının payına düşür.

Mission News Theme by Compete Themes.