Press "Enter" to skip to content

Qazaxıstan Universitetinin əməkdaşları MEK-də

Qazaxıstan Universitetinin əməkdaşları MEK-də

BAYRAQDAR MEDİA – Qazaxıstanın L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “qonaqları kitabxananın rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev qarşılayıb. Görüş zamanı O.Quliyev qonaqlara MEK-in tarixi, zəngin fondu, rəqəmsallaşdırma imkanları və oxucular üçün yaradılmış müasir şərait barədə geniş məlumat verib”.

Sonra xəbərdə, “Kitabxananın fəaliyyəti ilə yaxından tanış olan qazaxıstanlı qonaqlar, öncə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu, buradakı guşələr, toplanan dəyərli nəşrlər haqqında ətraflı məlumat alıblar. Daha sonra qonaqlar AMEA-nın təsisçilərinin büstləri, zəngin kolleksiyaların saxlandığı Akademiklər kitabxanası, eləcə də Diplomatik fondda müxtəlif ölkələrin diplomatik nümayəndəliyi tərəfindən MEK-ə hədiyyə edilən kitablardan ibarət guşə, Nadir kitablar və Xarici dillərdə ədəbiyyat fondu ilə tanış olublar” deyə bildirilir.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçən qonaqlar, təmsil etdikləri ali təhsil ocağı haqqında məlumatları diqqətə çatdıraraq, göstərilən yüksək qonaqpərvərliyə görə MEK rəhbərliyinə təşəkkür ediblər.

Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər irəli sürülüb.

Mission News Theme by Compete Themes.