Press "Enter" to skip to content

Regionda inkişaf tempi sürətlənib

Naxçıvan

Ceyhun Cəlilov: “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” Naxçıvanın yeni iqtisadi modelini formalaşdırır

BAYRAQDAR MEDİA – “Naxçıvanın son illərdə mühüm nailiyyətlərin əldə edib. Bu nailiyyətlərin əsasında Prezident cənab İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” dayanır”.

Bunu Naxçıvan Muxtar Respublikasında keçirilən “2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun deyib.

Nümayəndəlikdən verilən məlumata görə, sənədin Naxçıvanın innovasiyaya əsaslanan, rəqabətqabiliyyətli və müasir infrastruktur üzərində qurulan iqtisadi modelə keçidini təmin etdiyini vurğulayan səlahiyyətli nümayəndə sənaye parkları, logistika imkanları, gömrük-vergi mexanizmləri və bərpa olunan enerji layihələrinin prioritet istiqamətlər olduğunu qeyd edib.

O bildirib ki, 2025-ci ilin yanvar–oktyabr ayları üzrə iqtisadi göstəricilər regionda inkişaf tempinin sürətləndiyini göstərir.

Mission News Theme by Compete Themes.