Ceyhun Cəlilov: Zəngəzur dəhlizi türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirəcək
BAYRAQDAR MEDİA – “Zəngəzur dəhlizi bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biridir”.
Bunu Naxçıvan Muxtar Respublikasında keçirilən “2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun deyib.
Nümayəndəlikdən verilən məlumata görə, o qeyd edib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşacaq dəhliz Türkiyə ilə Azərbaycan arasında bir başa quru əlaqəsi yaradacaq, regional ticarət və logistikanı sürətləndirəcək: “Zəngəzur dəhlizi türk dövlətləri arasında inteqrasiyanı yeni mərhələyə daşıyacaq”.





