Press "Enter" to skip to content

Sənətdə beynəlxalq uğur

Bilecik Şeyx Edebali Universiteti

Son yeniləmə: 3 Dekabr 2025

BAYRAQDAR MEDİA – Bilecik Şeyh Edebali Universiteti (BŞEÜ) daha bir uğura imza atıb. Universitetin Beynəlxalq Əlaqələr Ofisinin koordinator müavini, müəllim Harun Bozoğlunun ssenari müəllifi və rejissoru olduğu “Losing Time” adlı qısametrajlı film Yamaykada keçirilən “Films That Move” festivalında mühüm uğur əldə edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, film “Honorable Mention” mükafatına layiq görülüb: “Bu mükafat, filmin universal mövzuları güclü və düşündürücü bir üslubla işləməkdəki peşəkarlığını təsdiqləyir. “Losing Time” filmi festivalın “Böyümə Sancı¬ları: Dönüşümlər və Varolma Səyahəti” mövzulu müsabiqəsində münsiflərin böyük rəğbətini qazanıb. Film insanın daxili yolçuluqlarını, zamanın sürətlə axıb getməsini, böyümə prosesinin ağrılarını ön plana çıxararaq həm fərdi, həm də sosial transformasiyanı tamaşaçıya təsirli şəkildə çatdırır”.

Məlumata əsasən, filmin təqdimatı izləyiciləri emosional düşüncəyə səsləyir; həyata, zamanın dəyərinə və şəxsi inkişafın əhəmiyyətinə dair dərin suallar doğurur: “Hazırlanan film bu mənalı kolleksiyanın bir parçası kimi izləyicilərə sağaldıcı, təsirli və düşündürücü bir təcrübə təqdim etməyi və cəmiyyətdə fərqindalik yaratmağı hədəfləyir”.

Mission News Theme by Compete Themes.