Press "Enter" to skip to content

“Aramızdakı qəhrəmanlar” layihəsi üzrə mükafatlandırma mərasimi

Mükafatlandırmadan xatirə fotosu

BAYRAQDAR MEDİA – Dekabrın 3-də Özbəkistanda “Vətəndaş Cəmiyyəti Həftəsi” çərçivəsində Daşkənddə “Yüksalish” Hərəkatının “Aramızdakı qəhrəmanlar” layihəsi üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva fəxri qonaq qismində qaliblərə təltifləri təqdim edib.

Özbəkistanın “Yüksalish” Hərəkatı artıq 4 ildir ki, “Aramızdakı qəhrəmanlar” layihəsini həyata keçirir. Layihənin məqsədi vətəndaşları islahatlara, ictimai proseslərə və sosial təşəbbüslərə daha fəal cəlb etmək, həmçinin müsbət nümunələri cəmiyyətdə tanıtmaqdır.

Mission News Theme by Compete Themes.