Press "Enter" to skip to content

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb

Görüşdən foto

Son yeniləmə: 4 Dekabr 2025

BAYRAQDAR MEDİA -Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Paylaşımda deyilir ki, görüşdə tərəflər Azərbaycan–ATƏT ikitərəfli əməkdaşlığının mövcud gündəliyi və perspektivləri, ATƏT-in hazırda üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, geniş regiondakı vəziyyət, eləcə də Azərbaycan–Ermənistan sülh prosesi barədə fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.