Press "Enter" to skip to content

İlk imtahan dekabrın 10-da keçiriləcək

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi” alətindən faydalanma imkanı təqdim edir.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Məlumata görə, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır.

Bu alət üç əsas istiqaməti – təfəkkür növləri üzrə testi, şəxsi xüsusiyyətlər testi və peşə maraqları testini əhatə edir. Testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

İlk imtahan dekabrın 10-da DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00 olmaqla iki növbədə təşkil olunacaq. İştirak etmək üçün qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək.

Mission News Theme by Compete Themes.