Press "Enter" to skip to content

“Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi – VİDEO

"Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi

BAYRAQDAR MEDİA – Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “”əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edib, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini vurğulayıblar”.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar “Komando andı”nı qəbul ediblər. Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Mərasimin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

Mission News Theme by Compete Themes.