87 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib
BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-noyabr ayları ərzində 87 min 325 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, müavinət ödənişləri 41 min 18 nəfər qız, 46 min 307 nəfər oğlan uşağına görə aparılıb.





