BAYRAQDAR MEDİA – Bilecik Şeyh Edebali Universitetinin “İqlimə həssas çəmənlik idarəetməsi və təkmilləşdirilməsi” adlı layihəsi 2025-ci ildə dəstəklənən 16 layihədən biri olaraq 250 min avro qrant qazanıb.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, 2025–2027-ci illəri əhatə edəcək layihə çəmənlik ekosistemlərinin iqlim dəyişikliyi şəraitində davamlı idarə olunmasına yönəlib və Türkiyə ilə yanaşı Avstriya, Polşa, İspaniya və Serbiyadan elmi-tədqiqat qurumlarını bir araya gətirir: “Layihə çərçivəsində tələbələr və aqrar sahə mütəxəssisləri üçün iqlim dəyişikliyinə uyğun mera idarəetməsi ilə bağlı innovativ tədris materialları hazırlanacaq. Buraya mövcud mera sistemləri üzrə kataloq, yaxşı təcrübələr toplusu, video-podkastlı tədris modulları və gen banklarından istifadəyə dair bələdçi daxildir. Hazırlanacaq materiallar Türkiyənin aidiyyəti qurumlarında tədrisdə tətbiq olunacaq və layihənin elektron platforması vasitəsilə geniş istifadəyə veriləcək”.





