Press "Enter" to skip to content

ADY bayramda rayonlararası istiqamətlərə əlavə qatar reysləri təşkil edəcək

ADY bayramda rayonlararası istiqamətlərə əlavə qatar reysləri təşkil edəcək

BAYRAQDAR MEDİA – Azərbaycan Dəmir Yolları (ADY) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADY-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “belə ki, 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı, 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı, 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı, 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq. Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli ilə də səfər etmək olar”.

Mission News Theme by Compete Themes.