Press "Enter" to skip to content

“Atalar məktəbi” layihəsinə başlanılıb

"Atalar məktəbi" layihəsinə başlanıb

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) sosial sifarişi əsasında “Atalar məktəbi” layihəsinin icrasına başlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “layihə ailələrin çətin həyat şəraitinə düşməsinin qarşısının alınması, eləcə də atalarda məsuliyyətli valideynlik bacarıqlarının formalaşdırılması məqsədi daşıyır. Layihə çərçivəsində ataların valideynlik prosesində iştirakının artırılması, ailədaxili münasibətlərin sağlam əsaslar üzərində qurulması, oğlan və qız uşaqlarının ailədə bərabər dəyərə malik fərdlər kimi qəbul edilməsinin təşviq olunması, eləcə də uşaqların fiziki və psixoloji inkişafının dəstəklənməsi nəzərdə tutulur”.

Bildirək ki, sözügedən proqram çərçivəsində paytaxtın Sabunçu və Binəqədi rayonları, Sumqayıt, Gəncə, Lənkəran və Xırdalan şəhərləri, həmçinin Masallı, Cəlilabad, Tovuz və Şəmkir rayonlarında təlimlər və müzakirə sessiyalarının təşkili nəzərdə tutulub. Ümumilikdə 250 atanın layihəyə cəlb olunması planlaşdırılır.

Artıq Cəlilabad və Lənkəranda ilk tədbirlər keçirilib. Hər iki tədbirə, ümumilikdə, 50-dən çox iştirakçı cəlb olunub.

Mission News Theme by Compete Themes.