Press "Enter" to skip to content

İƏT Mədəniyyət Festivalının qonaqları Ümummilli Liderin məzarını ziyarət edib

İƏT Mədəniyyət Festivalının qonaqları Ümummilli Liderin məzarını ziyarət edib

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “bu münasibətlə 50-dək ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye ekspertləri Azərbaycana təşrif buyurub. Dekabrın 8-də festivalın rəsmi açılış mərasimindən əvvəl mədəniyyət naziri Adil Kərimli, İƏT baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit, Pakistanın federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi, Misirin mədəniyyət naziri Ahmed Fuad Hanno, Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi, Fələstin Dövlətinin mədəniyyət naziri İmadəddin Abdullah Salim Hamdan, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan və digər rəsmi şəxslər Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan mədəniyyətinin böyük himayədarı, dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət ediblər. Məzarı önünə çiçək dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub”.

Mission News Theme by Compete Themes.