BAYRAQDAR MEDİA – Dekabrın 23-də Bakı Konqres Mərkəzində “MÜSİAD Azərbaycan”ın Ümumi Yığıncağını keçiriləcək.
Bu barədə “MÜSİAD Azərbaycan”ın sədri Rəşad Cabirli məlumat verib.
Məlumata görə Ümumi Yığıncaq gündəliyinə uyğun olaraq yeni İdarə Heyətinin sədri və üzvlərinin seçilməsi, həmçinin qurumun qarşıdakı dövr üzrə strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycan Respublikasının, Türkiyə Respublikasının aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin, rəsmi nümayəndələrin, təşkilat rəhbərlərinin, sahibkarlarımızın iştirakı gözlənilir.









