BAYRAQDAR MEDİA – Yanvar-noyabr aylarında 38 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb.
Bu haqda xəbəri Dövlət Sosial Müdafiə Fondu yayıb.
Xəbərdə deyilir ki, “2025-ci ilin yanvar-noyabr ayları ərzində 38 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 66,35 faizini kişilər, 33,65 faizini isə qadınlar təşkil edib”.





