BAYRAQDAR MEDİA – “2025-ci ilin 11 ayı ərzində müxtəlif media subyektlərindən şöbəyə 5 min 60 sorğu daxil olub”.
Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu deyib.
“Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlimdəki çıxışında o, bidlirib ki, sorğulardan 4 min 953-ü cavablandırılıb: “107 sorğu isə TƏBİB-in səlahiyyətlərinə aid olmayıb və onlar müvafiq olaraq yönləndirilib”.





