Press "Enter" to skip to content

Bu istqamətdə davamlı addımar atılır

Zamirə Ədilova

BAYRAQDAR MEDİA – Media nümayəndələrinin tibii savadlılğının artırlması diqqət mərkəzindədir. Bu istqamətdə davamlı addımar atılır.

Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.

O, qeyd edib ki, “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təşkil edilən təlimin əsas məqsədi media nümayəndələrinin tibbi savadlılığının artırılması, TƏBİB-in fəaliyyət istiqamətləri üzrə mediada tez-tez təkrarlanan yanlışlıqlara aydınlıq gətirilməsi, piar və effektiv kommunikasiya kimi mövzularda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Z.Ədilova bildirib ki, “təlim müddətində həm də icbari tibbi sığorta sistemində ambulator dərman vasitələri ilə təminat, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesində TƏBİB-in rolu məlumatlılığın artırılması, eləcə də emosional sağlamlıq və emosional zəka mövzularında interaktiv məşğələlərin keçirilməsi nəzərdə tutulub”.

Mission News Theme by Compete Themes.