Press "Enter" to skip to content

Əhali tərəfindən dövlət tibb müəssisələrinə müraciətlər 4 faiz artıb

Aynurə Əhmədova

Aynurə Əhmədova: 2025-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində vətəndaşlara 86 milyondan çox tibbi xidmət göstərilib

BAYRAQDAR MEDİA – “2025-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində vətəndaşlara 86 milyondan çox tibbi xidmət göstərilib”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

“Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda keçirilən tədbirdəki çıxışında A.Əhmədova bildirib ki, əhali tərəfindən dövlət tibb müəssisələrinə müraciətlər 4 faiz, xidmətlərin icrası isə 12 faiz artıb. Eyni zamanda dövlət tibb müəssisələrində 347 mindən çox əməliyyat icra olunub: “Ən çox uroloji, təbii doğuş və qeysəriyyə əməliyyatları üstünlük təşkil edib. Özəl tibb müəssisələrinə 10 ay ərzində verilən 260 mindən çox göndəriş isə vətəndaşların seçim imkanlarını və tibbi xidmətlərə əlçatanlığı daha da genişləndirib”.

Mission News Theme by Compete Themes.