BAYRAQDAR MEDİA – “Azərbaycanın müəyyənləşdirilən enerji strategiyasının hədəfində 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payının qoyuluş gücünü 30 faizə çatdırmaqdır”.
Bunu Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
Naxçıvanda keçirilən “Yaşıl Enerji Zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzusunda tədbirdəki çıxışında C.Abdullayev qeyd edib ki, Naxçıvanın çox böyük Günəş enerjisi potensialı var.
O, vurğulayıb ki, Naxçıvanda bərpa olunan enerjiyə dair ərazilər aidiyyəti üzrə müəyyən olunub və torpaqayırma prosesləri gedir: “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 688 hektar torpaq sahəsi Naxçıvanda bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən olunub və gələn il, ümumilikdə, 50 meqavat gücündə iki stansiyanın inşası nəzərdə tutulur”.





