Press "Enter" to skip to content

Nazir “Amazon Web Services” şirkətinin vitse-prezidenti ilə görüşüb

Nazir “Amazon Web Services” şirkətinin vitse-prezidenti ilə görüşüb

BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüş keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş zamanı “bulud” infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib”.

Mission News Theme by Compete Themes.