BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Google” şirkətinin beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri Reyçel Koulman ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüş zamanı “Google” ilə “bulud” innovasiya laboratoriyaları, bacarıq proqramları da daxil olmaqla, innovasiya və startap ekosisteminin qurulması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib”.





