Press "Enter" to skip to content

TDT-də təmsilçilik mühüm önəm kəsb edir

Oğuzhan Hasipoğlu

Oğuzhan Hasipoğlu: Arzumuz budur ki, tezliklə TDT-də müşahidəçi üzvlükdən tamhüquqlu üzvlüyə keçək

BAYRAQDAR MEDİA – “İlk olaraq onu qeyd edim ki, KKTC-nin TDT-yə müşahidəçi üzv olması dövlətimizin dünya miqyasında dövlət kimi tanınması istiqamətində mühüm addımdır. Bu, eyni zamanda türk dünyasının KKTC-nin müstəqilliyi və və tanınması uğrunda apardığı mübarizəyə göstərdiyi qardaş dəstəyin açıq ifadəsidir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində KKTC-nin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu deyib.

Nazir bildirib ki, KKTC-nin TDT-də təmsil olunmağının başqa bir önəmi də var: “Biz buraya öz adımızla – Kuzey Kıbrıs Türk Cümhuriyyəti olaraq qatılırıq, öz bayrağımız da təmsil olunur və bütün tədbirlərdə, toplantılarda – istər dövlət başçıları, istər nazirlər səviyyəsində – həmin bayraq altında iştirak edirik. Əslində başqa cür də ola bilməzdi, çünki sonda hamımız türküq və Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələr Türk dünyasının bir parçası olaraq KKTC-nin yanında olmalıdırlar. Bu günə qədər bizim yanımızda olublar, bundan sonra da bu dəstəyin davam edəcəyinə inanırıq. Arzumuz odur ki, tezliklə TDT-də müşahidəçi üzvlükdən tamhüquqlu üzvlüyə keçək”.

Mission News Theme by Compete Themes.