Press "Enter" to skip to content

Yolda məsuliyyət təhlükəsizliyin əsas şərtidir

Yolda məsuliyyət təhlükəsizliyin əsas şərtidir

BAYRAQDAR MEDİA – Yol hərəkətinin təhlükəsizliyi təkcə qaydalara riayət etməklə deyil, bütün hərəkət iştirakçılarının qarşılıqlı məsuliyyət hissi ilə təmin olunur. Qaydalara əməl edən, keçidi gözləyən, yolun kənarında dayanan və düzgün davranış nümayiş etdirən piyadalar belə bəzən başqalarının diqqətsizliyinin təsiri ilə risklə üzləşə bilirlər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmə və ya yola kifayət qədər nəzarət etməmə nəticəsində baş verən qəzalar çox vaxt ağır nəticələrə gətirib çıxarır. Belə hallarda piyadanın təhlükədən yayınması adətən mümkün olmur. Yalnız nadir məqamlarda çevik reaksiya və saniyələr içində verilən düzgün qərar insanın özünü qorumasına imkan yaradır”.

NİİM sürücüləri daha diqqətli və məsuliyyətli olmağa, piyadaları qaydalara uyğun hərəkət etməyə çağırıb.

Mission News Theme by Compete Themes.