Press "Enter" to skip to content

11 ayda DSMF-nin xərcləri 6 milyard manatdan çox olub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 8 faiz və ya 537 milyon manat çox olmaqla 7 milyard 370 milyon manat təşkil edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 7 faiz və ya 389 milyon manat artaraq 5 milyard 738 milyon manat olub: “Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 6 milyard 885 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 586 milyon manat çoxdur”.

Mission News Theme by Compete Themes.