Press "Enter" to skip to content

Azərbaycan-Türkiyə energetika nazirlərinin görüşü

Azərbaycan-Türkiyə energetika nazirlərinin görüşü

BAYRAQDAR MEDİA – İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin beşinci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “görüşdə son bir il ərzində enerji əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib. Karbohidrogen, bərpa olunan enerji və regional enerji bağlantı layihələri üzrə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib. Bu ilin on ayı ərzində Azərbaycandan Türkiyəyə 594 milyon kVt-saat elektrik enerjisinin ixrac edildiyi qeyd olunub. Türkiyədə elektrik enerjisinə artan tələbat fonunda iki ölkə arasında elektrik enerjisi interkonnektorlarının qurulmasının vacibliyi vurğulanıb. Bu xüsusda, Naxçıvandan birbaşa və Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan (Naxçıvan) -Türkiyə Enerji Qovşağı layihəsinin icrası nəzərdən keçirilib. Habelə, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” çərçivəsində Türkiyə ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Bu layihələrin TDT formatında enerji əlaqələrinin möhkəmləndirməsinə töhfə verəcəyi bildirilib”.

Mission News Theme by Compete Themes.