Press "Enter" to skip to content

EMTA İdarə Heyətinin sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

EMTA İdarə Heyətinin sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

BAYRAQDAR MEDİA – Dekabrın 10-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərlik etdiyi Dünya Bankının nümayəndə heyətini qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EMTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərrə bildirilir ki, “görüş zamanı “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi Layihəsi” (AZURE), eləcə də elektrik enerjisi tariflərinin təkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb. Tərəflər həmçinin elektroenergetika sahəsində islahatların gedişatına nəzər yetiriblər”.

Mission News Theme by Compete Themes.