Press "Enter" to skip to content

II Azərbaycan–Türkiyə İnvestisiya Forumuna hazırlıq davam edir

Media təmsilçiləri ilə görüşdə bu barədə ətraflı məlumat veriləcək

BAYRAQDAR MEDİA – Dekabırn 23-də Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək.

Bu barədə TÜİB-dən məlumat verilib.

Məlumata görə, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, dövlət və özəl qurumların, işgüzar birliklər və palataların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Onu da qeyd edək ki, tədbirə hazırlıq barədə dekabırn 10-da keçiriləcək tədbirdə də geniş məlumat veriləcək.

TÜİB rəhbərliyinin media təmsilçiləri ilə “səhər yeməyi+təqdimat+sual-cavab” formatında keçirəcəyi görüşdə həm TÜİB-in 2025-ci ildə həyata keçirdiyi fəaliyyətlər və əsas nəticələri, həm də II Azərbaycan–Türkiyə İnvestisiya Forumu barədə ətraflı məlumat veriləcək.

Mission News Theme by Compete Themes.