Salih Tüfekçi: Forumu açılış mərasimi, imzalanma mərasimi, investisiya təqdimatları və 6 tematik paneldən ibarət olacaq
BAYRAQDAR MEDİA – “II Azərbaycan-Türkiyə İnvestisiya Forumu açılış mərasimi, imzalanma mərasimi, investisiya təqdimatları və 6 tematik paneldən ibarət olacaq”.
Bunu Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin üzvü Salih Tüfekçi II Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair keçirilən mətbuat konfransında deyib.
O, qeyd edib ki, panellər – Regionlararası ticarət və logistika dəhlizləri; Aqrar tərəfdaşlıq – dayanıqlı inkişaf və qida təhlükəsizliyi; Enerji transformasiyası – innovasiya və COP29 sonrası perspektivlər; Yaşıl şəhərsalma və davamlı infrastruktur; Azərbaycan–Türkiyə biznes əməkdaşlığı – çağırışlar və imkanları və Sənaye 4.0 – gələcəyin texnologiyaları-mövzularına həsr ediləcək”.
O da vurğulanıb ki, Forum çərçivəsində Türkiyə şirkətlərinin Azərbaycan iqtisadiyyatının aparıcı sektorları, sənaye və logistika infrastrukturu ilə tanış olması üçün sənaye parklarına, azad iqtisadi zonalara və logistika mərkəzlərinə səfərlər təşkil olunacaq.





