Press "Enter" to skip to content

Məqsəd iki qardaş ölkənin iqtisadiyyatının inkişafına töhfə verməkdir

Hüseyn Büyükfırat

BAYRAQDAR MEDİA – “Məqsəd iki qardaş ölkənin iqtisadiyyatının inkişafına töhfə verməkdir”.

Bunu Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat dekabrın 23-də Bakıda keçiriləcək II Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair keçirilən mətbuat konfransında deyib.

TÜİB sədri bu işdə hər iki dövlətin müvafiq qurumlarının birgə addımlar atdığını, dəstək verdiyini bildirib: “Bütün işlər koordinasiyalı şəkildə aparılır. Başda Azərbaycan iqtisadiyyat naziri və Türkiyə ticarət nazirinin dəstəyi olmaqla, 23 dekabrda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək”.

O da qeyd edilib ki, Forumda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın Baş naziri Əli Əsədov, həmçinin digər rəsmi şəxslər iştirak edəcəklər: “Tədbirdə 500-dən çox şəxsin iştirakı və 6 panel sessiyanın olacağı gözlənilir”.

H.Büyükfırat onu da xatırladıb ki, 2023-cü ilin 21 dekabr tarixində Bakıda “I Azərbaycan–Türkiyə İnvestisiya Forumu” uğurla keçirilib: “Forumda 600-dən çox nümayəndə iştirak etmiş, enerji, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi və sağlamlıq turizmi üzrə panel sessiyalar keçirilmişdir.  Artan iqtisadi əməkdaşlıq fonunda bu il keçiriləcək II Forum daha geniş proqramla həyata keçiriləcək və iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əsaslarını gücləndirmək məqsədi daşıyır”.

Mission News Theme by Compete Themes.