Press "Enter" to skip to content

SXA-nın benefisiarları üçün ekskursiya və ustad dərsi

SXA-nın benefisiarları üçün ekskursiya və ustad dərsi

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Abşeron Sosial Xidmət Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya və ustad dərsi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Gününə həsr olunan tədbirdə uşaqlar rəssam Tofiq Nağıyevin “Nənəm və babam” adlı məşhur portret əsərindən ilhamlanaraq öz yaradıcılıq baxışlarını əks etdirən fərdi rəsm işləri hazırlayıblar. Ekskursiya çərçivəsində uşaqlar muzeyin Azərbaycan incəsənətinə dair nadir nümunələrin nümayiş olunduğu daimi ekspozisiyalarını ziyarət edib, həmçinin yeni açılan “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisi ilə tanış olublar”.

Mission News Theme by Compete Themes.