BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Tufan Erhürmanın qərarı ilə Cümhurbaşqanının Kuzey Kıbrısın dövlət informasiya agentliyi olan TAK (Türk Ajansı Kıbrıs) İdarə Heyətindəki təmsilçiləri dəyişdirilib.
Bu barədə bugunkibris.com saytı məlumat yayıb.
Məlumata görə, bu qərarla Aydın Akkurt və Alihan Pehlivan TAK üzvlüyündən vəzifədən azad edilib, onların yerinə Özgül Gürkut Mutluyakalı və Selda İçer 3 illik müddətə təyin olunub: “Cümhurbaşqanlığı tərəfindən təyin olunan yeni üzvlərlə toplanan İdarə Heyətində keçirilən seçkidə Özgül Gürkut Mutluyakalı TAK İdarə Heyətinin sədri olub. Artun Çağa isə sədr müavini seçilib”.
Məlumatda o da qeyd edilib ki, jurnalist Özgül Gürkut Mutluyakalı, Kıbrıs Qəzetindəki iş dövrünün ardından, müxbir, redaktor və şöbə müdiri kimi 29 il çalışdığı TAK-dan bu ilin aprel ayının sonunda təqaüdə çıxmışdı: “Jurnalist Selda İçer isə 30 ildən çox davam edən peşə həyatında uzun müddət BRT Xəbər Mərkəzində müxbirlik və xəbər müdürlüğü edib. Üç il əvvəl BRT-dən təqaüdə çıxan S.İçer hazırda Kanal T-də Baş Redaktor vəzifəsində çalışır”.





