Press "Enter" to skip to content

Akdeniz Universitetinin daha bir uğuru

Akdeniz Universiteti

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Akdeniz Universiteti dünyanın ən nüfuzlu dayanıqlılıq indekslərindən biri olan UI GreenMetric 2025 sıralamasında bir anda 119 pillə irəliləyərək dünya üzrə 424-cü yerə yüksəlib.

Bu barədə univeristetin məlumatında qeyd edilib.

Məlumata görə, dünya universitetlərinin davamlılıq göstəricilərini infrastruktur, enerji, su idarəçiliyi, tullantı, nəqliyyat və təhsil kimi geniş ekoloji meyarlar üzrə qiymətləndirən nüfuzlu beynəlxalq indeks UI Green Metric-in 2025 nəticələri açıqlanıb: “UI GreenMetric 2025 Dünya Universitetləri Reytinqinə 105 ölkədən 1.745 universitet daxil edilib. Nəticələrə görə, Akdeniz Universiteti diqqətçəkən uğura imza ataraq 119 pillə irəliləmiş və dünya universitetləri arasında 424-cü sıraya yüksəlib”.

Məlumata əsaəsn, ətraf mühitə həssas, dayanıqlı kampus məqsədi istiqamətində qətiyyətlə irəliləyən Akdeniz Universiteti, 1.750.000 m²-dən böyük kampuslara malik universitetlər arasında dünya üzrə 145-ci, kampus əhalisi 15.000-dən artıq olan universitetlər arasında isə 214-cü yerdə qərarlaşaraq qlobal miqyasda rəqabət gücünü yenidən göstərib.

Mission News Theme by Compete Themes.