Press "Enter" to skip to content

Bolqarıstanda mühüm qərar

Sofiya

2027-ci ildən etibarən yalnız Elektron Sağlamlıq Kartı qüvvədə olacaq

BAYRAQDAR MEDİA – Bolqarıstanda Kağız Sağlamlıq Kartı 2026-cı ilin sonuna qədər keçərli olacaq.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumata görə, Sağlıq Kassasının büdcə layihəsində yenilənmiş və ictimai müzakirəyə çıxarılmış tənzimləməyə görə, gələn ildən, payız aylarından etibarən sağlamlıq sığortası olan hər kəsə Elektron Sağlamlıq Kartı verilməyə başlanacaq: “2027-ci ildən isə yalnız Elektron Sağlamlıq Kartı qüvvədə olacaq. Yeni tənzimləməyə əsasən, başqasının sağlamlıq kartından istifadə edilməsi halında cəza tədbirləri nəzərdə tutulur. Sağlıq Kassasının Müdiri Petko Stefanovski kartın tibb müəssisələrinin, sığorta şirkətlərinin və dövlət qurumlarının xəstə dosyasına çıxış əldə etməsini təmin edəcəyini bildirərək, “Plastik kartla yanaşı mobil telefon tətbiqi kimi də istifadə ediləcək. Hər birimizin maaşını çıxardığı bank kartları kimi düşünə bilərsiniz,” sözlərini deyib”.

Mission News Theme by Compete Themes.