Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan üzrə
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya DSMF-dən məlumat verilib.
Məlumata görə, həmçinin, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.
Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin dekabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.





