Press "Enter" to skip to content

“Eynək” ilk tamaşasını təqdim edib

“Eynək” ilk tamaşasını təqdim edib

BAYRAQDAR MEDİA – Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) Mustafa Mərdanov səhnəsində yeni yaradılmış “Eynək” İncəsənət Studiyası ilk tamaşasını teatrsevənlərə təqdim edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən İttifaqdan daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə çıxış edən Əməkdar artist Elman Rəfiyev studiyanın məqsədləri barədə məlumat verərək yaradıcı gənclərə göstərilən dəstəyə görə ATXİ-yə təşəkkür edib. Daha sonra İttifaqın sədri, Xalq artisti, dövlət mükafatı Hacı İsmayılov studiyanın yaradıcı heyətini təbrik edərək onlara uğurlar arzulayıb. Gecədə S. Bekketin “Qodonun intizarında” əsəri əsasında Məmməd Rəfiyevin quruluş verdiyi “Oyun” tamaşası təqdim olunub. Plastik və pantomim elementləri üzərində qurulan tamaşada rolları Nihad AslanlıFəxri Səfərov ifa ediblər”.

Məlumat üçün bildirək ki, “Eynək” İncəsənət Studiyasının təsisçisi və studiyanın aktyoru Fərid İsmayılovdur. Studiya 6 yaradıcı gənc tərəfindən yaradılıb. “Eynək” yalnız teatr sahəsində deyil, həmçinin kino istiqamətində də fəaliyyət göstərir və müxtəlif yaradıcı layihələr həyata keçirir.

Qeyd edək ki, studiyanın təqdim etdiyi bu iş İranın Zəncan şəhərində keçirilən Pantomima Festivalında mükafata layiq görülüb.

Mission News Theme by Compete Themes.