Press "Enter" to skip to content

İƏİT ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan və İƏİT arasında əməkdaşlığınillər ərzində davamlı inkişaf etdiyi vurğulanıb.Bildirilib ki, iqtisadi diversifikasiyanın dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişafı, xarici investisiyaların yerli təchizatçılarlaəlaqələndirilməsi, rəqəmsallaşma və digər istiqamətlərdə görülmüş işlər tərəfdaşlığın praktiki nəticələridir.Müxtəlif formatlarda keçirilən vebinar, seminarvə yüksək səviyyəli görüşlərin tərəfdaşlığıninkişafına töhfə verdiyi qeyd edilib.

Tərəflər Azərbaycan və İƏİT arasında gələcək əməkdaşlıq istiqamətlərini, korporativ idarəetmə, maliyyə, ticarət və digər sahələrdə tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

Mission News Theme by Compete Themes.