Press "Enter" to skip to content

İqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Baş nazirinin Azərbaycan və Orta Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdaysla görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə qarşılıqlı iqtisadi-ticarətəlaqələrinin genişləndiyi vurğulanıb: “Qeyd olunub ki, müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi üçün böyük potensial var. Ticarət elçisinə Azərbaycanın Mərkəzi Asiya regionu ilə səmərəli əməkdaşlığına dair məlumat verilib və birgə təşəbbüslərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb”.

Məluamtda deyilir ki, tərəflər iqtisadi əməkdaşlığın gündəmində olan prioritet fəaliyyət istiqamətləri, o cümlədən, Birləşmiş Krallığın İxrac Maliyyəsi Departamenti (UKEF) ilə səmərəli əməkdaşlıq, enerji keçidi, insan kapitalının inkişafı, Ələt Azad İqtisadi Zonası və sənaye zonalarında investisiya imkanları, biznes, ticarət, yüksək texnologiyalar və rəqəmsal transformasiya üzrə birgə fəaliyyətin təşviqi barədə müzakirə aparıblar.

Mission News Theme by Compete Themes.