Press "Enter" to skip to content

Şagirdlər üçün narkomaniyanın zərərli təsirlərinə dair tədbir

Şagirdlər üçün narkomaniyanın zərərli təsirlərinə dair tədbir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Xətai rayonu 245 nömrəli tam orta ümumtəhsil məktəbində “Narkotik və psixotrop maddələrin zərərli təsirləri və onlarla mübarizə yolları” mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Agentliyin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müəllimlər və 9-11-ci sinif şagirdləri iştirak ediblər. Maarifləndirmə tədbirinin məqsədi şagirdlər arasında narkomaniyanın zərərli təsirləri barədə məlumatlılığı artırmaq, gənclərin sağlam həyat tərzi haqqında biliklərini möhkəmləndirmək, onları zərərli vərdişlərdən qorumaq olub”.

Sonra xəbərdə, “çıxışlar zamanı şagirdlərə narkotik maddələrin fiziki və psixoloji təsirləri haqqında ətraflı məlumat verilib. Mütəxəssislər zərərli vərdişlərdən qorunma yollarını izah edib, sağlam mühitin seçilməsinin vacibliyini vurğulayıblar. Mövzuyla bağlı təqdimatlar nümayiş etdirilib və şagirdlərlə söhbətlər aparılıb” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.