Press "Enter" to skip to content

Tuzlucada güclü qar

Tuzluca

BAYRAQDAR MEDİA – Iğdırın Tuzluca rayonuna bağlı Canderviş, Unbulak və Ağdiz kəndləri yağan güclü qar səbəbindən nəqliyyata bağlanıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, Tuzluca rayonunun Canderviş, Unbulak və Ağdiz kəndlərində gecə saatlarında başlayan intensiv qar yağışı nəticəsində bağlanan kənd yolları, Iğdır İl Xüsusi İdarəsinin qarla mübarizə qruplarının operativ və fasiləsiz fəaliyyəti sayəsində qısa müddətdə yenidən nəqliyyata açılıb: “Gecə boyu hazır vəziyyətdə gözləyən qarla mübarizə əməkdaşları, yağışın şiddətlənməsi ilə dərhal hərəkətə keçib. Texnika vasitələrinin gücləndirilmiş fəaliyyəti nəticəsində, xüsusən də yüksək dağlıq ərazilərdə yerləşən bu üç kəndin yolu yenidən açıldı və bölgə sakinlərinin çətinliklərinin qarşısı alınıb”.

Mission News Theme by Compete Themes.